Super zənginlərin sayı və sərvəti artıb
2016-cı ildə sərvəti 30 mln. dolları keçənlərin sayı 3,5% artaraq 226 450 nəfərə çatıb.
Bu şəxslərin idarə etdiyi cəmi sərvət isə 1,5% artaraq 27 trln. dolları keçib. Bununla yanaşı, həmin şəxslər arasında adambaşına düşən sərvət 2013-cü ildən indiyədək ilk dəfə azalaraq 120 mln. dollara enib.
Bu barədə ABŞ mərkəzli araşdırma mərkəzi "Wealth-X"in yaydığı hesabatında bildirir.
Qeyd edək ki, super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb. Rusiya 3 780 nəfərlə 13-cü, İran isə 950 nəfərlə siyahıda 30-cu yeri tutub.
Türkiyədəki super zənginlərin sayı isə 0,8% azalaraq 1 190 nəfər və bu şəxslərin sərvəti 2,2% azalaraq 150 mlrd. dollar təşkil edib. Türkiyə bu göstəricilərlə dünyada ən çox zənginə sahib ölkələrın sıralanmasında 27-ci yeri tutub. Türkiyənin super zəngin sayı 2013-cü ildə 900, 2014-cü ildə 915 nəfər olub. Bu şəxslərin sərvəti isə 2013-cü ildə 105 mlrd., 2014-cü ildə 120 mlrd. dollar hesablanıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























