Ərdoğan: İnflyasiya qarşısıalınmaz iqtisadi təhlükə deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün səfərdə olduğu Nyu Yorkda Amerikanın PBS kanalının qonağı olaraq xarici siyasət və dünya gündəmi ilə bağlı qiymətləndirmələr edib.
Marja xəbər verir ki, Prezident Ərdoğan “Türkiyədə inflyasiya problemi necə həll oluna bilər?” sualına belə cavab verib:
"İnflyasiya qarşısıalınmaz iqtisadi təhlükə deyil. Mən iqtisadçıyam. Hazırda elə ölkələr var ki, 8 faiz, 9 faiz inflyasiya onları təhdid edir. Bizdə isə 80 faizlik inflyasiya var, buna baxmayaraq mənim ölkəmdə marketlərdə rəflər boş deyil. Amma Amerikada, Fransada və Almaniyada bu gün rəflər boşdur. Türkiyə vətəndaşı isə istədiyi məhsulu bazarlarda, marketlərdə tapa bilər. Məsələn, biz indi yeni bir addım atmışıq. Yəni Kənd Təsərrüfatı Kredit Kooperativlərimizdə məhsullar çox, çox ucuzdur. Digər mağazalar şəbəkəsi ilə müqayisədə çox aşağı qiymətə satılır. Hazırda bizim üçün inflyasiya problemdir, lakin Yeni ildən yüksək inflyasiya problemini aşacağıq və qətiyyətlə yolumuza davam edəcəyik. Hazırda Türkiyənin iqtisadi artım tempi 7,6 faizdir. Hazırda iqtisadi artım sürətinə görə dünyada ikinci yerdəyik. Hazırda 250 milyard dollarlıq ixraca nail olmuş bir ölkəyik”.
Qeyd edək ki, bu gün Dollar/Türk Lirəsi məzənnəsi 18,30 lirəni görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)