UNEC yeni ilkə imza atır: Flipped Education tədris metodu
UNEC yeni tədris posesində yenidən ilkə imza atır.
Universitetin yaydığı məlumatda bildirilir ki, UNEC-də yeni tədris ilindən seçilmiş qruplar üzrə dərslər Flipped Education (çevrilmiş) tədris metoduna uyğun təşkil olunacaq.
Qeyd edilib ki, Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq, dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC Eduman sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim-tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
58 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























