iPhone 14 hansı yeniliklər ilə gəlir?
Hər il olduğu kimi, bu il də Apple çoxdan gözlənilən “Apple Event”i keçirib. Son iki ildə olduğu kimi, bu il də şirkət dörd fərqli iPhone modelini təqdim edib.ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti Kaliforniya ştatının Menlo Parkdakı baş qərargahında keçirdiyi tədbirdə yeni iPhone, AirPods və Apple Watch məhsullarını təqdim edib.
Marja.az xəbər verir ki, Apple-ın yeni smartfon seriyası iPhone 14, əvvəlki model iPhone 13-ə çox oxşar dizayndadır.
Seriya 4 fərqli modeldən ibarətdir: iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max.
Apple, hər il olduğu kimi bu il də seriyaya yeni rəng qatıb. Mavi rəng iPhone 14 rənglərinə əlavə edilib.
Digər tərəfdən, iPhone 14 smartfonu 2340 x 1080 piksel təsvir ölçülü 6,1 düymlük OLED ekrana, iPhone 14 Plus isə 2778 x 1284 piksel təsvir ölçülü 6,7 düymlük OLED ekrana sahibdir. Hər iki telefonun ekranı Apple-ın "Ceramic Shield" adlandırdığı düşmə və cızıqlara davamlı şüşə ilə qorunur.
Telefonların ekran xüsusiyyətləri əvvəlki modellə eyni olsa da, ekranın parlaqlıq səviyyəsi 25% artırılıb. Hər iki telefon normal istifadədə maksimum 1000 nit parlaqlıq səviyyəsinə, HDR məzmunu üçün isə maksimum 1200 nit parlaqlıq səviyyəsinə çata bilir.
iPhone 14 və iPhone 14 Plus modellərində A15 Bionic prosessoru quraşdırılır.
12 MP əsas kameraya sahib olan iPhone 14 və iPhone 14 Plus-ın ön tərəfində 12 MP TrueDepth kamerası da yerləşir.
Apple iPhone 14 və iPhone 14 Plus-da kamera təkmilləşdirilib. Yeni 12 meqapiksellik ön kamerada artıq avtofokus var. Bu yeniliklə, sahə dərinliyini artıraraq, kameraya daha yaxın və ya uzaq olsanız belə, əvvəlki modellərə nisbətən çox daha aydın və keyfiyyətli şəkillər əldə edə bilərsiniz. Ön kamerada edilən digər təkmilləşdirmə f/2.2 diyafram dəyərinin f/1.9-a endirilməsidir. Beləliklə, iPhone 14-ün ön kamerası zəif işıq altında 49 faiz daha parlaq fotolar çəkə bilir.
iPhone 14 arxa kamera xüsusiyyətlərinə gəldikdə - iPhone 14 və iPhone 14 Plus 12 MP ultra geniş bucaqlı kamera paketi ilə təchiz olunur. Kamera tərəfində müxtəlif proqram təkmilləşdirmələri təklif edən Apple, kameranın aşağı işıqda performansını artırmaq üçün Fotonik Mühərrik (Photonic Engine) xüsusiyyətini gətirib. Bu yolla, aşağı işıq performansı ön və ultra geniş kameralarda 2 dəfə, əsas kamerada isə 2,5 dəfə yaxşılaşdırılır. Həmçinin 5-ci nəsil Smart HDR - o, fotoşəkillərin ağ balansını, kontrastını və rəng doymasını daha yaxşı tənzimləyə bilir.
Qəza (hadisə) aşkarlama xüsusiyyətinin əlavə edildiyi iPhone 14 peyk ilə əlaqə texnologiyasına malikdir. iPhone 14-ün bu mühüm yeni xüsusiyyəti təcili zənglər üçün istifadə edilə bilər. Peyk rabitəsi ilk olaraq ABŞ və Kanada üçün əlçatan olacaq. Belə ki, iPhone 14 qəzanın baş verməsini (məsələn avtomobil qəzasının) aşkar edir və xilasetmə xidmətinə zəng vurur. Eyni zamanda, yolu azdıqda, qəza vəziyyəti yarandıqda peyk ilə əlaqə texnologiyası ilə xilasediciləri çağırmaq olar.
Başlanğıc qiyməti iPhone 14 üçün 799 dollar, iPhone 14 Plus üçün isə 899 dollar açıqlanıb.
İPHONE 14 PRO VƏ 14 PRO MAX
Apple-ın 6,1 düymlük iPhone 14 Pro və 6,7 düymlük iPhone 14 Pro Max modelləri iPhone 14 modelləri ilə müqayisədə daha incə çərçivəyə malikdir. iPhone 14 Pro və 14 Pro Max həmçinin "Dynamic Island" adlı yeni "notch" dizaynı (çentik- telefonun üzərində yuxarı hissədə kamera, mikrafon və sensorların yerləşdiyi sahə) ilə gəlir. Əvvəlki modeldən 30 faiz az yer tutacaq yeni "notch"da istifadəçilərə müxtəlif bildirişlər göstəriləcək. Bənövşəyi rəng seçimi də olacaq iPhone 14 Pro modelləri A16 Bionic prosessoru ilə təchiz edilir.
48 meqapiksellik əsas kameraya malik iPhone 14 Pro modelləri iPhone 13 Pro modellərindən 2 dəfə az işıqda fotoşəkil çəkə biləcək. iPhone 14 Pro modellərinə 12 MP telefoto və 12 MP ultra geniş bucaqlı kamera da daxildir.
iPhone 14 Pro 999 dollardan, iPhone 14 Pro Max modelləri isə 1099 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Əsas yenilikləri aşağıdakı başlıqlar altında cəmləşdirmək olar:
-Bütün modellər daha yüksək performans üçün temperatur tənzimləmə texnologiyası ilə təchiz olunub və konfiqurasiyadan asılı olaraq bir şarjla 24 saat və ya daha çox işləyə bilər.
-Foto və video çəkmək funksiyaları da genişlənib. Beləliklə, silkələnmə zamanı şəkli daha yaxşı sabitləşdirmək üçün hazırlanmış "Action Mode" meydana çıxıb.
- iPhone 14 və iPhone 14 Plus 12 meqapiksellik əsas kameraya malikdir. Bu iki versiya beş rəngdə mövcuddur: "gecə yarısı", "ulduz işığı", mavi, bənövşəyi və qırmızı.
-Yeni funksiya ortaya çıxıb - peyklər şəbəkəsi vasitəsilə təcili xidmətlərə zəng etmək.
- Smartfon modellərində SİM yuvası olmayacaq, eSIM-i dəstəkləyəcək.
- iPhone 14 Pro və iPhone 14 Pro Max enerji səmərəliliyini, displey və kamera imkanlarını yaxşılaşdıran yeni A16 çipinə malikdir.
- iPhone 14 Pro və iPhone 14 Pro Max-ın əsas 48 meqapiksellik kamerası inqilabi xarakter daşıyır: o, hər fotoda təxminən 4 trilyon əməliyyat yerinə yetirir.
- iPhone 14-ün Pro versiyalarında dörd rəng seçimi var: qara, gümüşü, qızılı və tünd bənövşəyi.
- Bütün yeni iPhone-lar avtomobil idarə edərkən yolda fövqəladə halları izləmək imkanına malikdir.
- Apple təqdimatında iPhone 14 mini-nin versiyası açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
30 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























