Bakıda tikilməkdə olan bina sökülür - sabiq deputata məxsus olduğu bildirilir
Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib.“Vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib və qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib. Hazırda söküntü işləri gedir”.
Bunu Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir:
“Söküntü Nəsimi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə həyata keçirilir. Torpağın kupçasını və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq, razılaşdırılmış tikinti qanunlarına uyğun həyata keçirilməlidir. Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib”.
XXX
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.
Hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.
Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, tikili sabiq deputat Əsabil Qasımova məxsusdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



