“Bitki mənşəli çayların tez-tez qəbul edilməsi qastritə səbəb ola bilər”
Mədə qastritlərinin əsas yaranma səbəbi bakterial infeksion xəstəliklərə bağlı helikobakterlərdir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, bu infeksiya əsasən qaynanmamış sudan, yaxşı bişməmiş yeməklərdən düşə bilər:
"İkincisi, ağrıkəsicilərə bağlı yaranan qastritdir. İnsanlar ağrıkəsici qəbul etməyi çox sevirlər. Lakin bunlar mədədə kimyəvi proseslərə səbəb olur və qastrit yaradır".
Mütəxəssis bitki mənşəli çayların tez-tez qəbul edilməsinin də qatritə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, limon, zəncəfil və digər çayları içən zaman öd mədəyə geri axır və mədəni zəhərləyir. Beləliklə də qastrit yaranır.
Mədə-bağırsaq xəstəliklərinin 60 faizi sinir sisitemləri ilə bağlı problemlərdən qaydalanır
"Günü-gündən mədə-bağırsaq xəstəlikləri ilə bağlı şikayətlər artır".
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, hər bir yaş qrupunda bu əlamətlər ola bilər:
"Bu xəstəliklərin bir neçə səbəbləri var. Birincisi stress faktorudur. Güclü stressdən mədə xorası belə yarana bilər. Araşdırmalar göstərir ki, mədə-bağırsaq xəstəliklərinin 60 faizi sinir sisitemləri ilə bağlı problemlərdən qaydalanır. Digər tərəfdən yuxu rejiminin pozulması, gecə vaxtı yemək yeyilməsi də bu xəstəliyə səbəb olan faktorlardır".
Enerji içkiləri kolon xərçənginin əmələ gəlməsinin əsas faktorudur
"Uzun müddət energetik içkilərin qəbulu mədə-bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, enerji içkilərinin tərkibindəki kafein mədədə erroziyaların, xoraların əmələ gəlmə ehtimalını yüksəldir:
"Həmçinin enerji içkilərinin tərkibində müxtəlif şəkərli qatqılar var. Bu da öz təsirini göstərir. Hətta enerji içkiləri yoğun bağırsaq (kolon) xərçənginin əmələ gəlməsinin əsas faktorudur. Bundan başqa, həmin içkilər aritmiyalara səbəb olur. Bu, ürək çatışmazlığı və qəfil ölümlərə də gətirib çıxara bilər".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























