Neft, təklifin azala biləcəyi barədə xəbərlər ilə yenidən bahalaşır
Neft qiymətləri son günlər təklif tərəfində baş verən hadisələrin təsiri ilə istiqamət tapmağa çalışır.
Marja xəbər verir ki, həftənin üçüncü ticarət günündə neft, ABŞ-ın xam neft ehtiyatlarının azaldığını göstərən və Səudiyyə Ərəbistanının mümkün hasilatın azaldılmasına işarə edən məlumatlardan sonra bahalaşıb.
Əvvəlki ticarət günündə 4%-ə yaxın bahalaşan ABŞ xam nefti yeni ticarət günündə 94 dollar səviyyəsinə yaxınlaşıb. Brent nefti yenidən 100 dolları test edib (100.42 dolları görüb).
Amerika Neft İnstitutu keçən həftə xam neft ehtiyatlarının 5,63 milyon barrel azaldığını açıqlayıb. Sonra Qazaxıstandan ixracın aylarla kəsilə biləcəyi xəbəri gəlib.
İqtisadi yavaşlama ilə bağlı narahatlıqlar fonunda neft iyun ayının əvvəlindən bəri dəyərinin təxminən dörddə birini itirib.
Səudiyyə Ərəbistanının neft naziri şahzadə Əbdüləziz bin Salman OPEC+ ittifaqının hasilatı azaltmalı ola biləcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























