Azərbaycanda 12 məhsulun enerji içkisi olmadığı aşkarlandı - SİYAHI
Satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən Marja-ya bildirilib ki, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:
1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” – enerji içkisi deyil;
2. АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;
3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;
4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;
5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar” – enerji içkisi deyil;
6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) – enerji içkisi deyil;
7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;
8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” – enerji içkisi deyil;
9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;
10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” - “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;
11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Fullorijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;
12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.
AQTA qeyd edib ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir:
"Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.
Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
AQTA istehlakçılara bildirir ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)















