"Yüz minlik ordunu kim dayandıra bilər? Ayın sonuna qədər gözləyəcəyik"
"Ermənistan öz təsir imkanlarını itirmək üzrədir (Qarabağda yaşayan ermənilər üzərində-red), Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir".
Marja xəbər verir ki, bunu Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir:
"Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər? Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get".
HƏMÇİNİN OXU: Prezident İlham Əliyev Basqal qəsəbəsində müsahibə verib - TAM VERSİYA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
10 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
22 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
2 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək






.jpg)
.jpg)













