Dövlət Vergi Xidməti qanunsuz obyektləri daha asan müəyyən edəcək - YENİ PLATFORMA YARADILIR
Dövlət Vergi Xidməti üçün rəqəmsal xəritə əsaslı platforma yaradılır.
Marja.az-ın əldə etdiyi məlumata görə, bu platforma Dövlət Vergi Xidmətinə qeydiyyatsız fəaliyyət göstərən şəxsləri və obyektləri müəyyən etmək işini asanlaşdıracaq. Belə ki, dövlət qeydiyyatına alınmış və alınacaq hər bir vergi ödəyicisi və onun obyektləri barədə məlumatlar rəqəmsal xəritə əsaslı platformaya daxil ediləcəkdir. Bu da Dövlət Vergi Xidmətinə ödəyicinin və obyektin ünvanını daha tez müəyyən etməyə, eyni zamanda aşkar edilmiş obyektin qanuni və ya qanunsuz olduğunu daha tez müəyyənləşdirməyə imkan verəcək.
Dövlət Vergi Xidməti üçün rəqəmsal xəritə "4Maps Bilgi Teknolojileri" MMC tərəfindən hazırlanır. Şirkət "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi"nin satın alınması ilə bağlı keçirdiyi təkliflər sorğusunun qalibi olub və 5 avqust 2022-ci il tarixdə məbləği 3 milyon 729 min 561 manat olan satınalma müqaviləsi bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
25 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)
