Bölgələrdə toxum sərgi- satış yarmarkaları keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək.
Nazirliyin yaydığı məlumata görə, yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, AKİA, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.
Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.
Qeyd edək ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası respublikanın 8 müxtəlif bölgələrində aşağıdakı qrafik üzrə keçiriləcək:
18 avqust - Şəki
20 avqust - İsmayıllı
24 avqust - Quba
29 avqust – Ağcabədi
31 avqust - Sabirabad
02 sentyabr – Cəlilabad
08 sentyabr-Hacıqabul
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























