Samsung Galaxy S22 - foto və video çəkilişlərin mükəmməlliyi
(®) Təqdim olunan gündən Samsung-un Galaxy S22 məhsul xətti istifadəçilərə həqiqətən inanılmaz çəkiliş təcrübəsi bəxş edir.
Belə ki, bu smartfonlar məhz mükəmməl kamerası ilə səs salıb. Burada təqdim olunmuş kamera bloku bir neçə peşəkar səviyyəli kamera ilə təchiz olunub ki, bu da ən çətin şəraitdə belə gözəl şəkillər əldə etməyə imkan yaradır. “Ağıllı telefonların” əsas kamerası aşağıda ki, kimi təqdim olunub Galaxy S22 və Galaxy S22+ üçün - 50 MP, Galaxy S22 Ultra üçün isə 108 MP icazəli. Əvvəlki modellərdən 23% böyük olan sensor sayəsində smartfonlar gün batdıqdan sonra da rəng çalarlarını dəqiq ötürərək parlaq şəkillər çəkir. Süni intellekt üzərindən işləyən alqoritmlər və Super Clear Lens texnologiyası isə hətta gecələr belə təbii rəngli fotoşəkillər yaratmağa imkan verir. İndi gecə gəzintilərini sevənlər gecə mənzərələrindən, sakit küçələrin rəngarəng fotoşəkillərindən və gecə səmasının inanılmaz gözəlliyindən həzz ala biləcəklər.
Məhz belə çəkilişlər üçün Samsung Nightography adlanan və gecə çəkilişləri üçün nəzərdə tutulmuş yeni texnologiyanı təqdim etmişdir. Bu texnologiya sayəsində Galaxy S22 sahibləri hətta zəif işıqlandırma şəraitində belə zəngin çalarlı və rəngarəng şəkillər çəkə biləcəklər.
Nightography texnologiyası güclü aparat və proqram təminatını süni intellekt (AI) imkanları ilə birləşdirərək zəif işıqlandırma şəraitində belə yüksək detallı təsvirlər əldə etməyə imkan yaradır.
Bununla yanaşı, Galaxy S22 Ultra-da təqdim olunmuş yüksək keyfiyyətli 108 meqapiksellik kamera olduqca böyük sensora malikdir. Burada, zəif işıqlandırma şəraitində çəkiliş zamanı obyektiv öz piksellərini doqquz piksellik bloklara bölərək, nəticədə yaranan 2,4mkm piksellər ilə aydın və parlaq görüntü üçün daha çox işıq toplayır.

Blokda yer almış növbəti kamera 12 meqapiksellik ultra geniş bucaqlı obyektivdir. Kameranın baxış bucağı, burada 120 dərəcə təşkil edir.
Obyektiv ilə əldə olunan görüntülər kontraslı olur və təhriflər səhnə dərinliyini mükəmməl şəkildə diqqətə çatdırır. Kadrda yer almış obyektlərin fondan ayrılması isə xüsusi vurğulanmış şəkildə təqdim olunur.
Əsas kameranın üçüncü obyektivi isə 3 qat optik zoom və görüntü sabitləşməsi ilə 10 MP telefoto kamerası ilə ifadə olunmuşdur. Maksimum böyütmə ölçüsü burada 30x təşkil edir. Lakin kamera ilə əldə edilən görüntülər bədii şəkil kimi istifadə üçün deyil, daha çox uzaqda nəyin baş verdiyini görmək üçün nəzərdə tutulub.
Məhsul xəttinin ən “böyük” modeli olan Galaxy S22 Ultra, əlavə olaraq 10x optik və 100x rəqəmsal böyütmə qabiliyyətinə malik dördüncü telefoto obyektivi ilə təchiz olunub ki, bu da uzaq məsafədə yerləşən istənilən obyekti aydın şəkildə seyr etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, Galaxy S22 Ultra-nın mükəmməl kamera performansı bir çox nüfuzlu mütəxəssisləri heyran etmişdir. Belə ki, Avropa Texniki Şəkil Mətbuat Assosiasiyası (TŞMA) cihazı peşəkar səviyyədə fotoşəkil əldə etmək imkanlarına malik ən yaxşı smartfon adlandırıb. Bununla yanaşı, görüntü keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı beynəlxalq təşkilat olan Valued Camera eXperience (VCX) modeli ən yüksək reytinqə layiq görüb.
Həmçinin, yeni seriyada Samsung portret rejimində çəkilişlər üçün AI Stereo Depth Map funksiyasını təqdim etmişdir ki, burada süni intellekt obyekti fondan ayıraraq təsviri avtomatik şəkildə emal edir. Qeyd etmək lazımdır ki, smartfonlar həm də 8K keyfiyyətli videonu 24 kadr sürətlə və 4K videonu 60 kadr sürətlə çəkməyə qadirdir.
Bundan əlavə, smartfonlarda foto-rəssamlar üçün xüsusi olaraq hazırlanmış alətlərlə şəkilləri redaktə etmək imkanını təklif edilir. Belə ki, peşəkar kameralarda olduğu kimi, Galaxy S22 Expert RAW proqramından istifadə edərək ISO, çəkim sürəti, ağ rəngin balansı və s. tənzimləməyə imkan yaradır. İstifadəçilər ultra geniş obyektivdən, telefoto obyektivinə qədər istənilən kameranı ayrı ayrılıqda tənzimləyə bilərlər. Expert RAW isə, faylları JPG və DNG formatlarında saxlamağa imkan verir ki, bu da sonradan fotoşəkillərin redaktəsi üçün daha çox imkan yaradır.
Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
22 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
23 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)



.jpg)


