Qlobal neft hasilatı iyunda artıb
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının iyun ayında may ayı ilə müqayisədə gündəlik 690 min barel artaraq 99 milyon 500 min barrelə çatdığını bildirib.
İEA-nın iyun ayı üçün açıqladığı “Neft Bazarı Hesabatı”nda, hasilatın artmasına Rusiya, ABŞ və Kanadanın yüksək hasilatının səbəb olduğu bildirilib.
"Beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyanın dayanıqlılığı iyun ayında dünya neft tədarükünü artırıb və əməliyyat problemləri və vətəndaş iğtişaşları səbəbindən başqa yerlərdə azalmaların kompensasiyasına kömək edib", - hesabatda deyilir.
Hesabata görə, iyun-dekabr ayları arasında qlobal neft hasilatının 1 milyon 800 min barel artması gözlənilir. OPEC+ ölkələrində gündəlik hasilatda 380 min barel artımın gözlənildiyi qeyd edilib.
Eyni dövrdə OPEC+ üzvü olmayan ölkələrdə gündəlik hasilatın 1 milyon 400 barel artması gözlənilir.
IEA yüksək qiymətlərin və pisləşən iqtisadi mühitin neftə mənfi təsir göstərməyə başladığını bildirərək qlobal neft tələbini aşağıya doğru yenidən nəzərdən keçirib. IEA bu il qlobal neft tələbinin 99 milyon 200 min barel civarında olacağını proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























