"Vergi ödəyiciləri tərəfindən könüllü açıqlanan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur”
“Ölkəmizdə vergi ödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur”.
Marja xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev bildirib.
O əlavə edib ki. buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir.
“Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur “Bureau van Dijk” beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir.
Transfer qiymətləri ilə bağlı yaxın gələcəkdə beynəlxalq məlumat bazalarından istifadənin genişləndirilməsini, transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə daxili qiymət (marja) məlumat bazasının yaradılmasını nəzərdə tuturuq. Bundan başqa, transfer qiymətinin müəyyənləşdirilməsi üsulunun əvvəlcədən seçilməsi üzrə razılaşmaların təşviqi, nəzarət olunan əməliyyatların həcminin müəyyənləşdirilməsi məqsədi ilə “çarpaz nəzarət”in təşkili, daimi nümayəndəliyə aid edilən gəlirin müəyyənləşdirilməsi ilə bağlı qaydaların hazırlanması planlaşdırılır. Həmçinin, uçot-məlumat bazasının və risk meyarları əsasında avtomatlaşdırılmış risk-təhlil sisteminin təkmilləşdirilməsi, maliyyə əməliyyatları, qeyri-maddi aktivlərin alışı-satışı, aşağı dəyərli xidmətlərdə transfer qiymətləndirmə yanaşmalarının tətbiqi və transfer qiymətləri üzrə birgə yoxlamaların aparılması kimi tədbirlərimiz gözlənilir”,- Orxan Musayev deyib..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





