Azərbaycan və İran Xudafərin körpüsünü birgə bərpa edə bilər
Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Anar Kərimov görüş zamanı iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.
Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.
Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.
Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.
Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























