Azərbaycanın iri supermarketlər şəbəkəsi zərərdən mənfəətə keçib
"Grandmart" supermarketlər şəbəkəsi ötən il 132 milyon manata yaxın satış və digər gəlirlərinə qarşı 8 min 776 manat xalis mənfəət əldə edib."Grandmart" supermarketlər şəbəkəsini idarə edən "Grand - Mart" MMC 2021-ci ili 8 min 776 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 207 min 473 manat xalis zərər ilə bağlamışdı.
Marja.az "Grand - Mart"ın audit hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə şirkətin əsas əməliyyat gəlirləri (satış) 22 milyon 58 min manat və ya 22,1% artaraq 126 milyon 133 min manat təşkil edib. 2020-ci ildə "Grand - Mart"ın əsas əməliyyat gəlirləri 104 milyon 76 min manat təşkil etmişdi. Şirkətin digər gəlirləri isə 2 dəfə artaraq 5 milyon 698 min manat olub.
Ötən il "Grand - Mart"ın 131 milyon 831 min 401 manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 131 milyon 822 min 624 manat təşkil edib.
31 Dekabr 2021-ci il tarixində "Grand - Mart" MMC 59 milyon 960 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 34 milyon 613 min manat cəmi aktivlərə malik idi. Beləliklə, ötən il "Grand - Mart" 73% böyüyüb.
Ötən ilin sonunda "Grand - Mart" MMC-nin nizamnamə kapitalı 12 milyon 20 min manat təşkil edib.
"Grandmart" supermarketlər şəbəkəsi 20 ildir fəaliyyət göstərir. Paytaxt Bakı şəhərində ilk filialı ilə fəaliyyətə başlayan "Grandmart" supermarketlər şəbəkəsi filiallarını açaraq və "Avromart", "Səbət", "Yaxın", "Fresco" supermarketlərini də öz əhatə dairəsinə qataraq böyüməyə nail olmuşdur.
Qeyd edək ki, İyunun 15-də “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 78-ci filialı olaraq “Megastore Quba” fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)


