“PAŞA Bank” Qarabağ Dirçəliş Fondunun Şuşada təşkil etdiyi işgüzar görüşdə iştirak edib
Ölkənin aparıcı korporativ maliyyə institunu “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev Şuşa şəhərində keçirilən “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüşdə iştirak edib.
Bankın yaydığı məlumatda bildirilir ki, tədbir 21 iyun tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin idarə heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin digər banklarının rəhbərləri iştirak edib.
Tədbirdə Qarabağın investisiya potensialının təbliği, eləcə də işğaldan azad edilən ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi yönümlü təşəbbüslərin həyata keçirilməsi, bu ərazilərdə maliyyə-bank sisteminin bərpası, biznes imkanlarının stimullaşdırılmasında bankların rolu kimi mövzular müzakirə olunub.
“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank, Qarabağın inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynayır və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb olunan şirkətlərlə fəal surətdə əməkdaşlıq edir.
“Ölkənin aparıcı korporativ maliyyə institutu olaraq əsas rolumuz hökumət tərəfindən planlaşdırılan layihələrin həyata keçirilməsinə, Qarabağ bölgəsində bizneslərə dəstək göstərilməsinə və azad edilmiş digər şəhərlərin mədəni irsinin bərpasına töhfə vermək olacaq”, - deyə, C.Quliyev vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. sonra
-
34 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 35 d. əvvəl
-
-
42 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
48 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























