Sığorta hadisəsini təsdiqləyən sənəd 2021-ci il yanvarın 1-dən sonraya aid olduqda, ödənişi DSMF verəcək
Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, Dövlət başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Həmin vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə görə ödənişin verilməsi isə Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik edilib.
Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.
Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci ilin 1 yanvarından sonraya aid olduqda isə sığorta ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu verəcək.
Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına, vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır.
Dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü islahatlar aparılır. İslahatlar həmin sahədə müasir, optimal və çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada, şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s. kimi istiqamətləri əhatə edir.
Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi islahatların prioritetlərindən biridir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb





















