“AMEA Yüksək Texnologiyalar Parkı” ilk dəfə mənfəət açıqladı
“AMEA Yüksək Texnologiyalar Parkı” MMC 2021-ci ili 47 min 266 manat xalis mənfəət ilə başa vurub. MMC 5 illik fəaliyyəti ərzində ilk dəfə olaraq maliyyə ilini mənfəətlə başa vurub.
Marja.az xəbər verir ki, ötən il Yüksək Texnologiyalar Parkının gəlirləri 706 min 963 manat, xərcləri isə 659 min 697 manat təşkil edib.
31 Dekabr 2021-ci il tarixində Park 2 milyon 547 min manat cəmi aktivlərə malik olub. AMEA Yüksək Texnologiyalar Parkı 2020-ci ilin sonunda 2 milyon 16 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, “M and J Consulting” MMC tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 31 dekabr 2021-ci il tarixinə olan ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan hesabat ili üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər, ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılıb.
Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatlarla bağlı rəyi müsbət olub. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC 5 illik fəaliyyəti ərzində ilk dəfə olaraq son maliyyə ilini mənfəətlə başa vurub. Qeyd etmək yerinə düşər ki, AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən aparılan təbliğat və təşfiqat işləri ilə birgə, rezidentlərə daha yaxşı xidmətlərin göstərilməsi və fəaliyyətlərinin daha da keyfiyyətlə həyata keçirməsi üçün son illərdə atılan addımlar öz bəhrəsini verməyə başlamışdır.
Auditorun rəyinə əsasən, ilkin maliyyə hesabatlarının Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyətini və başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirilməsi qeyd olunmuşdur.
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması üçün öz fəaliyyətini şəffaflıq prinsipləri üzərində qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
7 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 11 d. əvvəl
-
-
26 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı
























