Xüsusi Dövlət Mühafizə Xidmətindən smartfon istifadəçilərinə xəbərdarlıq
“Kaspersky Lab" şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, “Dvmap Android”in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq yüklənilib.
Kibercinayətkarlar “Dvmap” zamanı “Google Play”ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə, onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar “Google” təhlükəsizlik sistemləri tərəfindən aşkarlanmaqdan qaça biliblər. Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32-bit həm də 64-bit kimi “Android” versiyalarında işləyən zərərverici proqram “root” imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər “root” etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. “Android” versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini - ya “libdvm.so”, ya da “libandroid_runtime.so” düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir. “Dvmap” öz modullarını yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər.
Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün “Android”də “Verify Apps” funksiyasını kəsən fayl buraxır. Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























