"Tədbirlərə baxmayaraq, ABŞ-da inflyasiya artmağa davam edə bilər, bu, çox qeyri-müəyyən bir mühitdir"
ABŞ Mərkəzi Bankının (FED) rəhbərliyi hesab edir ki, hakimiyyət orqanlarının atdığı addımlara baxmayaraq, ölkədə inflyasiya artmaqda davam edə bilər.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü FED-in sədri Cerom Pauel mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "Federal Açıq Bazar Komitəsinin üzvləri (FED rəhbərliyi) ərzaq və enerji qiymətlərinin artması fonunda, bu il üçün inflyasiya proqnozlarına yenidən baxıblar". Pauellin sözlərinə görə, komitə üzvləri “hələ də inflyasiyanın yüksələcəyini qiymətləndirirlər”.
FED rəhbəri jurnalistləri də əmin edib ki, FED-in gördüyü tədbirlər ölkədə tənəzzülün baş verməsinə yönəlməyib. "Gəlin açıq deyək. Biz iqtisadi tənəzzülün baş verməsinə çalışmırıq. İnflyasiyanı 2% səviyyəsinə qaytarmağa çalışırıq", - Pauell bildirib.
Qeyd edək ki, ABŞ-da inflyasiya 40 ilin pik səviyyələrindədir. Son məlumatlara görə, ölkədə illik inflyasiya may ayında apreldəki 8,3 faizdən 8,6 faizə yüksəlib.
Fed sədrinin sözlərinə görə, ABŞ Mərkəzi Bankının rəhbərliyi bu ilin sonuna kimi baza faiz dərəcəsinin 3-3,5%-ə çatacağını gözləyir.
Hazırda 1,5-1,75% diapazonunda olan faizlərin gələcək səviyyələri ilə bağlı sualı cavablandıran Fed rəhbəri deyib: “Yayın sonuna qədər Fed-in faizi təxminən 2%-ə çatacağıq. Faizlər bu ilin sonuna qədər 3-3,5% diapazonunda olacaq. Vəziyyətin daha pis istiqamətdə getdiyini görsək, faizlər daha çox artırılacaq. İyul ayınnda da faizin 0,75 bənd artırılmasını nəzərdə tuturuq".
“Deyərdim ki, bu, çox qeyri-müəyyən bir mühitdir, son dərəcə qeyri-müəyyən bir mühitdir”, o, ölkədəki iqtisadi vəziyyətə toxunaraq əlavə edib.
Əksər komitə üzvləri 2023-cü ildə faizlərin 3,75-4% və ya 4,00-4,25% səviyyələrində proqnozlaşdırırlar.
FED FAİZİNİ SON 28 İLDƏ ƏN KƏSKİN ŞƏKİLDƏ ARTIRIB
Xəbər verdiyimiz kimi, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS və ya FED) baza faiz dərəcəsini 0,75 faiz bəndi artıraraq 1,5%-1,75%-ə çatdırıb. Artım 1994-cü ildən bəri ən aqressiv artımdır.
MAKRO PROQNOZLAR
FED 2022-ci ildə ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu 2,8%-dən 1,7%-ə, 2023-cü il üçün iqtisadi artım proqnozunu da 2,2%-dən 1,7%-ə, 2024-cü il üçün 2,0%-dən 1,9%-ə endirib. Həmçinin FED, ABŞ-da 2022-ci il üzrə inflyasiya proqnozunu 4,3%-dən 5,2%-ə yüksəldib və 2023-cü il üzrə 2,7%-dən 2,6%-ə, 2024-cü il üzrə 2,3%-dən 2,2%-ə endirib. Eyni zamanda, Fed ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu da pisləşdirib - 2022-ci il üçün 3,5%-dən 3,7%-ə, 2023-cü il üçün 3,5%-dən 3,9%-ə, 2024-cü il üçün də 3,6%-dən 4,1%-ə yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















