Azərbaycanda startap ekosisteminin inkişafı üçün mühüm görüş – NAZİR VƏ İNVESTORLAR DANIŞIQLAR APARDI
Rəqəmsal inkişaf və nəqliyyat naziri "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun üzvlərilə görüşdüRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun təsisçiləri və 25 üzvü ilə görüşüb. Qeyd edək ki, Klub investorları bir araya gətirərək yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etmək məqsədilə təsis edilib.
Marja-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd nazir Rəşad Nəbiyevə və Nazirliyin rəhbər şəxslərinə "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun fəaliyyəti, hazırda görülən və planlaşdırılan işlər barədə məlumat vermək olub. Görüş zamanı Klubun həmtəsisçisi Fərid İsmayılzadə təqdimatla çıxış edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun yaradılmasını təşəbbüsünü yüksək qiymətləndirib, Nazirliyin və ona tabe olan qurumların Klubun fəaliyyətinə dəstək göstrərəciyini bildirib.
Nazir klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Səsləndirilən istiqamətlər üzrə "Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə birgə layihələrin həyata keçirilməsini labüd sayıram. Məqsədimiz ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır. Bu istiqamətdə potensial tərəfdaşlarla daha da yaxından əməkdaşlıq etmək niyyətindəyik”, - deyə R.Nəbiyev qeyd edib.
Görüşdə potensialı olan startaplar, onların problemləri, startap ekosisteminin inkişaf etdirilməsi, startaplara yerli investorların düzgün şəkildə cəlb edilməsi, dövlətin də startaplara maliyyə dəstəyilə şərik olması (dövlət-özəl tərəfdaşlığı) və digər məsələlər müzakirə edilib. Əldə edilən ilkin razılaşmaya görə, "Technovate-Sabah Mələk İnvestorlar Klubu"’ ilə əməkdaşlıq çərçivəsində “şərikli investisiya” (matching investment) modelinə xüsusi önəm veriləcək. Belə ki, hansısa startapa "Technovate-Sabah Mələk İnvestorlar Klubu" dəstəyilə yerli investorların yatıracaqları sərmayə qədər də dövlət investisiya yatıracaq və təşəbbüsün şəriklərindən biri olacaqdır.
Eyni zamanda, investorların maliyyə biliklərinin daha da artırılması üçün "Technovate-Sabah Mələk İnvestorlar Klubu" ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində bir sıra tədbirlərin, o cümlədən investisiya üzrə təlim proqramlarının təşkili və gələcəkdə investorların Silikon Vadisinə səfərinin təşkili də razılaşdırılıb.
“Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studio və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib. Klubun fəaliyyətindən danışan Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Orta Asiyada həyata keçirilən layihələrdən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyəşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.
Qeyd edək ki, "Technovate-Sabah Mələk İnvestorlar Klubu" yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini yaratmağı hədəfləyir. Kluba, startaplara 10.000-50.000 ABŞ Dolları civarında yatırım etməyə hazır olan investorlar cəlb olunur.
Qarşıdakı 1-2 il ərzində "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun üzvlərinin sərmayə yatırdığı startaplardan birinin "unicorn" səviyyəsinə çatdırılması da hədəflənir. Məlumat üçün bildirək ki, dəyəri ilk dəfə 1 milyard dollara çatan startapa "unicorn" startap deyilir.
“Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun təsisçiləri Fərid İsmayılzadə və “SABAH.lab” Akselerasiya Mərkəzidir. Klubun İcraçı direktoru Orxan Bağırovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
15 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul




















.jpg)


