Bu dövlət bahalaşma olduğu üçün əhalisinə 28 milyard avro paylayacaq
Avstriya kansleri Karl Nehammer bildirib ki, yardım paketi inflyasiyanın artması nəticəsində iqtisadiyyatın bütün sahələrində qiymət artımı səbəbindən əhalinin üzləşdiyi yükü yüngülləşdirməlidir.Avstriya hökuməti yüksək inflyasiya fonunda artan qiymətlər səbəbindən əhaliyə artan xərcləri kompensasiya etmək üçün 28 milyard avrodan çox yardım paketi təqdim edir.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avstriya kansleri Karl Nehammer məlumat verib.
"Biz insanlara inflyasiyanın onlardan götürdüyü pulları geri vermək qərarına gəldik. Biz insanların yükünü yüngülləşdirmək üçün 28 milyard avrodan çox paket yaratmağa müvəffəq olduq", - Nehammer Vyanada mətbuat konfransında bildirib.
Kansler əlavə edib ki, yardım paketi inflyasiyanın artması nəticəsində iqtisadiyyatın bütün sahələrində bahalaşma nəticəsində əhalinin üzləşdiyi yükü yüngülləşdirməlidir.
Onun sözlərinə görə, pensiyaçılar 500 avrodan 1000 avroya qədər, vergi ödəyən əhali artan xərcləri kompensasiya etmək üçün eyni məbləğləri, uşaqlı ailələr hər uşağa görə 900 avroya qədər, kasıblar isə 800 avro alacaqlar.
Avstriyada inflyasiya 2022-ci ilin fevralından bəri rekord həddə çatıb. Mart və aprel aylarında, 1981-ci ildən bəri ilk dəfə 6,8% və 7,2% səviyyələrinə çatıb. Artan inflyasiya yanacaq, enerji resursları və ərzaq məhsullarının qiymətlərinin artımını şərtləndirir. May ayında inflyasiyanın 1975-ci ildən bəri ən yüksək səviyyədə - 8% olacağı gözlənilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)







.jpg)





