Azərbaycanda neft hasilatı 2,7 faiz azalıb, qaz hasilatı isə 18,5 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-may aylarında 34,9 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 14,3 faiz artmışdır.
Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,3 faizi emal sektorunda, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 18,5 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 64,0 faiz, mebel istehsalı 60,7 faiz, elektrik avadanlıqlarının istehsalı 56,7 faiz, maşın və avadanlıqların istehsalı 51,9 faiz, geyim istehsalı 50,6 faiz, hazır metal məmulatlarının istehsalı 43,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 34,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,9 faiz, kağız və karton istehsalı 17,5 faiz, qida məhsullarının istehsalı 8,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,8 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, içkilərin istehsalı 10,4 faiz, neft məhsullarının istehsalı 18,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 20,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




