Gömrüyün xəttilə büdcə daxilolmaları 24,2% artıb
Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 63 milyon 794 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% artaraq 514 milyon 392 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 milyard 472 milyon 599 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin ilk beş ayında daxilolmalar 14% azalaraq 53 milyon 471 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 23 milyon 332 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 36,4% çoxdur.
Bu ilin may ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 422 milyon 353 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 21,5%, bu ilin aprel ayı ilə müqayisədə isə 3,1% çoxdur.
Bu ilin may ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% artaraq 104 milyon 110 min manat olub. Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 3,4% azalıb.
Həmçinin, cari ilin may ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 23,8% artaraq 298 milyon 75 min manat (bu ilin aprel ayı ilə müqayisədə 4% çox), aksizlər üzrə 23,7% artaraq 13 milyon 612 min manat (aprel ilə müqayisədə 27,6% çox), yol vergisi üzrə daxilolmalar isə 2 dəfədən çox artaraq 6 milyon 556 min manat (aprel ilə müqayisədə 41,2% çox) təşkil edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
