Fransa Körfəzdə Rusiya neftinə alternativ axtarır
Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə danışıqlar apardıqlarını açıqlayıb.Fransa Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə danışıqlar aparır.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya qazı və neftinə alternativ axtardıqlarını və BƏƏ-nin ən azı Rusiya neftinə müvəqqəti alternativ ola biləcəyini söyləyib.
"BƏƏ ilə danışıqlar artıq başlayıb, biz Rusiya neftinə alternativ tapmalıyıq”, - Le Maire bildirib.
Digər tərəfdən, Le Maire ekoloji keçidə investisiyaları sürətləndirəcəklərini qeyd edərək ümumi seçkilərdən sonra bərpa olunan enerji ilə bağlı addımların sürətləndirilməsinə yol açacaq bir qanunu müzakirəyə çıxaracaqlarına diqqət çəkib.
Yeri düşmüşkən, Avropa Birliyinin (Aİ) daxili bazar üzrə komissarı Thierry Breton, "Aİ ölkələri mümkün qədər tez Rusiya qazından xilas olmalı və müstəqilliklərini bərpa etməlidirlər, çünki Putin Avropanı sevmir layihəsi", - ifadələrdən istifadə etmişdir.
Breton, Putinin qazdan istifadə edərək avropalıları parçalamağa çalışdığını iddia edib.
Aİ-nin Rusiyaya qarşı 6-cı sanksiyalar paketinə bu ilin sonuna kimi Rusiyadan neft idxalının 92 faiz azaldılması daxildir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
-
31 d. əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Ən çox oxunanlar
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır























