Azərbaycanda daha çox qəza törətmiş sürücülərin icbari avtomobil sığortası artırıla bilər
Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması gündəmdə olan mövzulardandır. Artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu məsələyə aydınlıq gətirərkən bildirib ki, son dövrlər daha çox aktuallıq qazanmış və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı hazırda ciddi iş aparılır:
"Hazırda onu qeyd edə bilərik ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik əsasən zərərli seqmentə, daha dəqiq desək, hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Bu dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Daha detallı məlumatları prosesin növbəti gedişatında paylaşa bilərik".
İcbari Sığorta Bürosundan (İSB) öncə məlumat verildiyi kimi, Azərbaycanın sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır: "Mərkəzi Bank sığorta sektoruna bir nəzarət qurumu olaraq bu sahədə hüquqi bazanın inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müntəzəm olaraq işlər aparır.
Xüsusi ilə tarif dərəcələrinin təkmilləşdirilməsi və risk əsaslı sığorta haqqı hesablanması qaydalarının tərtib edilməsi istiqamətində müvafiq olaraq işlər aparılmaqdadır”.
Həmçinin bildirilib ki, risk əsaslı sığorta haqqının hesablanması üsulu dünya təcrübəsində də geniş istifadə olunur:
“Bu üsul tətbiq olunduqdan sonra sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsalat tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Bu şəkildə, yəni risk əsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm ədalətli şəkildə sığorta haqlarının ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər”.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48 % azdır.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
13 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
14 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı




















.jpg)


