Sabah Bakıda nəqliyyat sektorunun aparıcı sərgiləri açılacaq
İyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri keçiriləcək: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” и10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” Sərgisi.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.
Həmçinin, “TransLogistica” sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir.
TransLogistica sərgisi ilə eyni anda 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” Sərgisi keçiriləcək. “Road&Traffic” Sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. “Road&Traffic” sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
Əlavə tədbirlər proqramı çərçivəsində: “Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar”, “Kurık limanında “Sarja” çoxfunksiyalı dəniz terminalı”, “Təchizat Zəncirinin İdarə edilməsində Data Elminin üstünlükləri”, “Nəqliyyat və İnfrastruktur Həlləri - Nəqliyyat Sistemlərinin İnkişafında Yeni Səhifə”, “İctimai nəqliyyatın inkişafı üçün yeni imkanlar və parkinq həllərinin optimallaşdırılması” sessiyaları, həmçinin İştirakçı şirkətlərin təqdimatları və daha nələr keçiriləcək.
Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək ki, bu da görüşmək, mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün əla imkan yaradacaq.
Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması, Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması, cari layihələrin genişləndirilməsi və yeni tərəfdaşlar tapması üçün gözəl imkan yaradacaqdır.
Tədbirlərin təşkilatçıları Caspian Event Organisers və onun beynəlxalq tərəfdaşlarıdır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























