Bir ölkə sakini orta hesabla ayda 346,7 manatlıq mallar alıb
2022-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,0 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artmışdır.
2022-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5 faizi ərzaq məhsullarının, 5,6 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2022-ci ilin yanvar-aprel aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, bazar və yarmarkalarda 4,9 faiz artmış, fərdi sahibkarlar üzrə isə 0,6 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,7 manatlıq, o cümlədən 197,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
16 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
21 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
26 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
45 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
























.jpg)



.jpg)

