“Bakı Fond Birjası”, mərkəzi ofisi Yeravana köçən Federasiyadan çıxdı
“Bakı Fond Birjası” Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxır.
Bu barədə “Marja”ya Birjadan bildirilib.
Xəbər verdiyimiz kimi, 1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avro-Asiya Fond Birjaları Federasiyası (Federation Euroasia sec- FEAS), mərkəzi ofisini İstanbuldan Ermənistanın paytaxtı Yeravana köçürür. Türkiyənin yaratdığı bu təşkilatın mərkəzinin Ermənistana köçürülməsinin sektor üçün bəxtsizlik olduğu bildirilir.
Bakı Fond Birjasının yadığı məlumatda bildirilir ki, 14 iyun 2017-cı il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilmişdir.
İclas zamanı, yığıncağın gündəliyinə müvafiq olaraq, “Bakı Fond Birjası” QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilmişdir.
Ümumi Yığıncaq ərzində səhmdarlar tərəfindən “Bakı Fond Birjası” QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunmuş və təsdiq edilmişdir.
İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması səhmdarların qərarı ilə təsdiq olunmuşdur. Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olmuşdur. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk etmişdir.
İclas zamanı Bakı Fond Birjasının Səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin İdarə Heyətinin sədri təyin olunmuşdur.
Qeyd edək ki, Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən isə BFB-nin İH heyətinin sədr müavini və Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsində çalışır. V. Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə kredit” ixtisası üzrə bitirmiş, 2007-ci ildə Beynəlxalq İqtisadi əlaqələr üzrə magistr dərəcəsini almışdır. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən verilən PMP sertifikatını almışdır. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Evlidir, 2 övladı var.
Vüqar Namazov, İdarə Heyətinin sədri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)



