Aqrar sığortanın əhatə etdiyi əkin sahələri 2 milyon manata yaxın zərərlə üzləşib
Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri son günlər əkin sahələrinə böyük zərər dəymiş cənub bölgəsinə səfər edib.
Fonddan verilən məlumata görə, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, selsubasma və digər hallar bölgələrdə əkin sahələrinə zərər vurub.
Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri Neftçala, Cəlilabad və Masallı rayonlarında olub.
Səfər zamanı Neftçala rayonunun Xəzərkənd kəndi, Cəlilabad rayonunun Göytəpə və Maşlıq, eləcə də Masallı rayonunun Boradıgah kəndindəki əkin sahələrinə baxış, fermerlərlə görüş keçirilib onların müraciətləri dinlənilib.
Sözügedən ərazilərdə taxıl - buğda və apra əkilmiş təqribən 300 hektar sığortalı əkin sahəsinə zərər dəyib.
Neftçalada zərər çəkmiş əkin sahələrinin sahibləri ilə görüşən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bidirib ki, hazırda hadisələrin baş verdiyi bütün ərazilərdə zərərin qiymətləndirilməsi prosesi həyata keçirilir.
Neftçala rayonunda 11 min hektara yaxın əkin sahələri Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb: "İndiyədək Neftçalada 240 hektara yaxın əkin sahələrinə zərər dəyib. Hadisələr əsasən havaların qeyri-sabit keçməsi və selsubasma nəticəsində baş verib. Bu sahələrdən təqribən 200 min manatlıq məhsulun yağılması gözlənilirdi. Bütün sığorta hadisələri üzrə ödənişlər ediləcək".
Görüşlərdə fermerlərə bildirilib ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndiriləcək: "Hadisədən dərhal sonra əkin ərazisinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır və dəyən zərər ilkin olaraq qiymətləndirilir. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni fermerin sahədən gözlədiyi məhsuldarlıqla real olaraq əldə edilən məhsuldarlıq apasında fərq dəqiqləşdirilir".
Səfər zamanı hadisə yerlərinə baxış keçirilib, fermerlərin sənədləri dəqiqləşdirilib, onlardan əlavə məlumatlar alınıb. Eləcə də ilk dəfə olaraq aqrar sığorta hadisələrinin araşdırılmasında və sahəyə baxış məqsədilə dronlardan istifadə edilib.
"Fermerlərə bildirmək istəyirəm ki, zərərə görə ödəniş edilməsi, onların tam məhsulu biçməsi vaxtında baş verəcək. Məhz həmin vaxt dəqiq bilinəcək ki, sahədən nə qədər məhsul gözlənilirdi və nə qədər məhsul əldə edilib. Məsələn, məhsullar tam məhv olacaqsa, bu o deməkdir ki, ayrı-ayrı şəxslərə ümumilikdə 200 min manat məbləğində ödəniş ediləcək. Amma zərər məsələn, 70 min manat olacaqsa, fermerlərə həmin məbləğ ödəniləcək və fermerlərin hesabına köçürüləcək"-deyə fond rəhbəri sığorta ödənişi prosesini fermerlərə izah edib.
Fond rəhbəri bildirib ki, hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət ediləcək və hadisənin baş verməsi barədə onlardan da rəylər alınacaq.
Aqrar Sığorta Fondunun rəhbərliyi və nümayəndələri ilə görüşən Neftçala, Cəlilabad və Masallıdan olan fermerlər Fondun hadisələrə belə tez reaksiya verməsindən və çevik işləməsindən məmnun qaldıqlarını bildiriblər. Fermerlərin bəziləri etiraf edib ki, sahələrini sığorta edərkən bunun formal proses olduğunu, hadisə baş verdikdə ödəniş almayacaqlarını düşünüblər, amma hadisələrin araşdırılmasından sonra fikirlərini dəyişiblər: «Aqrar sığorta sisteminin belə sürətli işləyəcəyini gözləmirdik».
Fermerlər fond rəhbərliyinə çoxsaylı məsələlər barədə suallar ünvanlayıb, xüsusilə üçüncü şəxslərin hərəkətlər, o cümlədən əkin sahələrinə mal-qaranın buraxılması ilə bağlı dəyən zərərin ödənilməsi prosesi ilə maraqlanıblar. Onlara ətraflı cavablar və izahatlar verilib.
Fuad Sadıqov, bir daha fermerləri əkin sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda Aqrar Sığorta Fonduna məlumat verməyə çağırıb: " Xatırladım ki, 2-3 həftə əvvəl Qobustan rayonu ərazisində güclü külək nəticəsində taxıl sahələri təqribən 10 santimetr qalınlığında qum qatı ilə örtülüb. Bu da məhsuldarlığın kifayət qədər azalmasına səbəb olacaq. Artıq həmin sahələrə baxış keçirilib. Fermerlərə bu sahədə nə qədər zərər dəyibsə onlar mütləq şəkildə fond tərəfindən ödəniləcək".
Fond rəhbərliyi bildirib ki, indiyədək sığortalanan əkin sahələrində baş verən hadisələr üzrə zərərlərin həcmi, ilkin qiymətləndirməyə görə 2 milyon manata çatır: "Fond bu zərərləri tamamilə qarşılamaq gücündədir, hadisələrin hamısı araşdırılır və fermerlərə dəyən zərərə görə, müvafiq ödənişlər ediləcək".
Hadisələr nəticəsində zərər çəkən, amma sığortalı olmayan fermerlərə gəlincə, Fond rəhbəri bildirib ki, ASF tərəfindən ödənişlər yalnız sığortalı sahələrə görə ediləcək: "Sığorta xidmətindən istifadə etmiş bütün fermerlərin zərərləri qarşılanacaq. İndiyədək öz sahələrini sığorta etməyən fermerlərə isə növbəti ildə hökmən əkin sahələrini sığortalamağı, bununla da öz zəhmətlərinə dəyər verməyi, məhsullarını və gəlirlərini qorumağı tövsiyə edirəm".
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələri və məhsullar 30-a yaxın risklərdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni dövlət ödəyir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
37 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















.jpg)
