Mühafizəçilərin davası ilə bağlı “Riyad”dan - Açıqlama
“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.”
"Marja" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur:
“Əvvəla onu xüsusiylə diqqətinizə çatdırım ki, “Riyad” Mühafizə Xidməti fiziki və yaxud hüquqi şəxslə müqavilə imzalamazdan əvvəl mühafizə olunacaq daşınmaz əmlakın (obyektin) sənədlərinin qaydasında olmasını nəzərdən keçirir. O cümlədən adıçəkilən obyekt sahibi ilə bağlanılan müqavilə bu istiqamətdə həyata keçrirlib. Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb. “Riyad” Mühafizə Xidməti ilə sahibkar arasında müqavilə 23 may 2017-ci il tarixində 1 illik müddətinə bağlanılıb. Müqavilədə mühafizə olunan ərazi isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” qeyri-yaşayış massivi göstərilib. Bu, belə olduğu təqdirdə, “Riyad” Mühafizə Xidmətinin əmkdaşları mühafizə etdiyi obyektin işçilərinə hücum etmiş olurlar və təbii ki, bu, məntiqsiz hesab olunur. Buradan da aydın görünür ki, ittihmlar əsassızdır.”
“Riyad” Mühafizə Xidmətinin mətbuat katibi onu da əlavə edib ki, əslində ziyan və zərər çəkən tərəf “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarıdır. Belə ki, mühafizəçilər deyil, əksinə mühafizəçilərə hücum olunub. Bunu da mətbuat katibi deyib:
“Təxminən 20 ilə yaxındır fəaliyyət göstərən “Riyad” Mühafizə Xidməti bu günə qədər mühafizəçilərin iş prinsipinə xüsusi diqqət yetirir. Mühafizəçilər işə götürülməzdən əvvəl fiziki sağlamlığı və psixoloji durumu diqqətdə saxlanılır. Onlar həm tibbi dispanserlər, həm də “Riyad” Mühafizə Xidmətinin ekspertləri tərəfindən yoxlanılaraq işə götürülür. Mühafizəçilərin şəxsi iş qovluqlarında mütləq şəkildə ruhi-əsəb dispanserindən və narkoloji dispanserdən arayışları yer alır. Yəni mühafizəçilərimiz hər hansı təxribata, xaos olacaq vəziyyətə hazırlıqlı olurlar. Bununla da nəzərinizə çatdırmaq istəyiəm ki, baş verən hadisədə zərərkən sahibkarlar yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlmasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb”.
Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Heç bir şərh vermədən sözügedən davanın videosunu bir daha təqdim edirik:
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















