Buğdanın qlobal qiyməti 14 illik maksimuma çatıb
Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yarancağı narahatlığı fonunda 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Xarici mətbuatın verdiyi məlumatına görə, buğdanın may fyçerslərinin qiyməti Çikaqo birjasında 7,1% artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
"Commerzbank"ın məlumatına görə, Rusiya və Ukraynanın qlobal buğda ixracındakı payı 30% təşkil edir.
Xatırladaq ki, ötən il Azərbaycan xaricdən 331,946 mln. dolları (564,308 mln. manat) dəyərində 1 148 100,77 ton buğda idxal edib, bu da dəyər ifadəsində 11,8% çox, həcm ifadəsində isə 15,9% azdır. 2021-ci il ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77%-nə bərabər olub.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























