Külli miqdarda tütünün qanunsuz olaraq Azərbaycana gətirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıqla mübarizə sahəsində fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-dan bildirilib.
Xəbərə görə, fevralın 26-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkar olunaraq götürülmüşdür.
Fevral ayının 27-də saat 23:30 radələrində “Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara - AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış keçirilərkən lokomotivin sürücüsü Astara rayon sakini 1989-cu il təvəllüdlü Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon sakini 1978-ci il təvəllüdlü Kazımov Bəxtiyar Qulaməli oğlu tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar olunaraq Astara dəmiryolu gömrük postuna təhvil verilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)

