Sığorta şirkəti avtomobil və ya tibbi sığorta alan şəxslərə əmlak sığortasını hədiyyə edəcək
PAŞA Sığorta yeni kampaniyaya start verib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yeni “Aldım bir, açdım iki sığorta” kampaniyası çərçivəsində Optimal KASKO, SağlamSən və ya Ailə Dostu könüllü tibbi sığorta məhsullarından birini əldə edən müştərilərə Yaxın Qonşu könüllü əmlak sığorta məhsulu üzrə vauçerlər hədiyyə olunacaq.
Hədiyyə vauçeri əldə edən müştərilər Yaxın Qonşu məhsulunu özü əldə edə və ya yaxınlarına hədiyyə edə bilərlər. Qeyd edək ki, kampaniya 21 mart tarixinədək davam edəcək.
Yaxın Qonşu könüllü əmlak sığortası məhsulu əldə edən müştərilər su borularından axan suyun, buxarın, mayelərin, həmçinin yanğının qonşunun evinə və ya səhhətinə vurduğu zərər kimi sığorta risklərinə qarşı 5000 AZN təminat əldə edəcəklər.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)









.jpg)
