Bakıya 50 ədəd yeni iritutumlu avtobus gətirildi
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək.Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, ötən dövrdə paytaxta 1 000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67 %-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.
Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin “OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.
"Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - məlumatda qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





