“Veysəloğlu” Dövlət Xidmətinin məlumatına aydınlıq gətirdi
" Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub".Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu gün “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırılması barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən mediada yayımlanmış məlumata dair açıqlama yayıb.
Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir:
"-Şirkətlər Qrupumuz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir.
-Şirkətlər Qrupumuz hər zaman daxil olan sorğu və müraciətləri operativ və dolğun şəkildə cavablandırmağa hazırdır.
- Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub.
-Şirkətlər Qrupumuz göndərilən sorğuda tələb olunan məlumatların bir qismini 16 fevral tarixində təqdim edib.
- Şirkətlər Qrupumuz artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlayıb və yaxın gələcəkdə həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və məlumatlarla birgə təqdim etmək öhdəliyini götürüb.
Onu da qeyd edək ki, Şirkətlər Qrupu olaraq, biz marketlərimizdə qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə “Veysəloğlu Pərakəndə İndeksi”ni hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq. Bu indeks alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir. Ölkə iqtisadiyyatına verdiyimiz dəyər, əhalinin ərzaq təminatı ilə bağlı missiyamız, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və şəffaf fəaliyyətimizin bariz nümunəsidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








.jpg)
