Neft Fondu AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlərin kəskin artım səbəbini açıqlayıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı üzrə əldə edilən gəlirlərin artmasının səbəbi dövlətin payına düşən mənfəət neftinin miqdarının, mənfəət kondensatının satış qiymətinin artması və Avropanın yüksək Hub (spot) qaz qiymətlərinin təsirindəndir.
ARDNF-dən bildiriblər ki, bu ilin yanvar ayında 2021-ci ilin analoji dövrü ilə müqayisədə AÇG layihəsi üzrə dövlətin payına düşən mənfəət neftinin satış qiymətinin əhəmiyyətli artması və eyni zamanda bunun nəticəsində Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müddəalarına uyğun olaraq layihə üzrə dövlətin mənfəət payının formalaşdırılması mexanizmində dövlətin payına düşən mənfəət neftinin miqdarının artması olub.
Həmçinin, Fonddan bildirilib ki, “Şahdəniz” layihəsi çərçivəsində tərəflər arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlərin müddəalarına uyğun olaraq, müəyyən şərtlərin tətbiqi nəticəsində layihə üzrə ARDNF-ə ödənilən dövlətin qaz gəlirləri 2021-ci ilin yanvar ayında 2022-ci ilin analoji dövrü ilə müqayisədə az olub: “Eyni zamanda, müvafiq dövr üçün gəlirlərin artmasına digər səbəb, dövlətin payına düşən mənfəət kondensatının satış qiymətinin əhəmiyyətli artmasının və “Şahdəniz” layihəsi üzrə Azərbaycan qazının artıq Avropaya çatdırılması və Avropanın yüksək Hub (spot) qiymətlərinin təsiridir.
Xatırladaq ki, bu ilin yanvar ayında ARDNF-in "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan əldə etdiyi gəlirləri 683,114 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 2,8 dəfə çoxdur. Ötən ilin müvafiq dövründə sözügedən göstərici 244,946 milyon ABŞ dolları səviyyəsində idi.
Bundan başqa, yanvar ayında ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 149 milyon 899 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 42,4 dəfə çoxdur. O cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 22 milyon 172 min ABŞ dolları olub, bu da 6,3 dəfə artım deməkdir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























