Qızıl kritik hadisələr öncəsi
Qızıl qiymətləri, investorların Böyük Britaniyada seçkinin nəticəsini keçmiş FBI Direktoru Ceyms Komeyin ABŞ Senatında edəcəyi çıxışı və Avropa Mərkəzi Bankının Prezidenti (AMB) Mario Draghi-nin faiz qərarından sonra keçirəcəyi mətbuat konfransını gözləmələri ilə aşağı düşüb.
"Marja" xəbər verir ki, qızıl, Çərşənbə günü 7 ayın zirvəsindən 0.6% düşdükdən sonra bir qədər geriləməsi azalıb və unsiyası 1284.60 dollar səviyyəsinə gəlib.
Qızıl 6 İyunda 1296.15 dollar ilə 9 Noyabrdan bu yana ən yüksək səviyyəsini görmüşdü.
ABŞ valyutasının 10 mühüm valyuta qarşısında gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.1 faiz yüksəlib.
"National Australia Bank"ın iqtisadçısı Con Şarma, "Dollarda mülayim yüksəliş və bugünkü Senat çıxışı öncəsi Komeyin açıqladığı və sürprizin olmadığı nitq mətni, qızının ucuzlaşmasının bir hissəsini geri qayıtmasına səbəb oldu" deyib.
Şarma, İngiltərədəki seçki, Orta Şərq və Şimali Koreya kimi davam edən geosiyasi risklərin qızıla dəstək verdiyini sözlərinə əlavə edib.
Gümüşün qiyməti dəyişməyərək unsiyası 17.6007 dollar səviyyəsində qalarkən, platin 0.2 faiz yüksələrək unsiyası 946.84 dollar və palladyum 0.2 faiz qazancla unsiyası 836.48 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
-
- 12 d. əvvəl
-
22 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
31 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
Ən çox oxunanlar
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır






















