Badam və qoz bağlarının güzəştli sığortası başladı – ŞƏRTLƏR, QİYMƏTLƏR
Son illər Azərbaycanda geniş yayılan və iş adamlarına böyük gəlir gətirən badam və qoz bağlarının sığortası başlayıb.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq badam və qoz bağlarının da sığortası mümkündür.
Aqrar Sığorta Fondunun məlumatına görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə badam və qoz bitkiləri aqrar sığorta predmetlərinin siyahısına daxil edilib. Nəticədə bağ sahibləri öz əkinlərini yeni mexanizm vasitəsilə güzəştli şərtlərlə sığorta edə bilərlər.
Son illər Azərbaycanda badam və qoz bağlarının salınması geniş vüsət alıb. Hazırda ölkə ərazisində 2700 hektar badam bağı var, bunun yarısı intensiv və superintensiv bağlardır.
Ən çox badam bağları Abşeron, Qax, Ağsu, İsmayıllı, Siyəzən, Şamran və Füzulidədir.
Qoz bağları isə 6 200 hektardan artıqdır. Ölkədə ən çox qoz bağları Oğuz, Şəki, Zaqatala, Quba, İsmayıllı və Ağcabədidədir.
Badam və qoz bağlarının aqrar sığorta haqqı regiondan və məhsuldarlıqdan asılıdır. Ölkənin müxtəlif regionlarda baza zərfi üzrə badam bağının sığortası üçün tariflər 1,56%-2,95% arasında, qoz bağı üçün tariflər isə 2,08%-4,20% arasında dəyişir.
Misal. 1 hektar badam bağının sığortası:
10 000 manatlıq məhsul gözlənilən badam bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 156-295 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 78-148 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 9 000 manat təşkil edir.
Misal. 1 hektar qoz bağının sığortası:
4 000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 83-168 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 42-84 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.
Aqrar sığorta badam və qoz bağlarını
dolu;
qasırğa;
fırtına;
sel və subasma;
leysan;
şaxtavurma (donvurma),
normadan artıq yağan qar yağıntıları;
üçüncü şəxslərin hərəkətləri,
ildırım;
yanğın;
zəlzələ,
torpaq sürüşməsi və sair risklərdən qoruyur.
Əlavə ödəniş etməklə ərik bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar. Eləcə də aqrar sığorta vasitəsilə badam və qoz ağaclarını məhvolmadan da sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
15 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
15 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
15 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)



.jpg)



