Azərbaycanın nar istehsalçıları subsidiya məbləğindən narazıdır
Azərbaycanın nar istehsalçıları dövlətin bağçılığa verdiyi subsidiya məbləğinin aşağı olduğunu bildirirlər.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosisasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov subsidiya barədə suala cavabında “rəqəmlər bizimçün çox azdır” ifadələrini işlədib.
“Dövlətimiz tərəfindən bir hektara ənənəvi bağlara, bağçılığa 240 manat, intensiv bağçılığa isə ilə 4 ilinə 800 manat subsidiya verilir. Təbii ki, mən burada birbaşa fermerlərin mənafeyi olaraq çıxış edirəm və bildirirəm ki, bu rəqəmlər bizimçün çox azdır. Nəzərə alsaq ki, işçi qüvvəsi, suvarma, hədəfləndiyimiz bazarlara uyğun dərman, gübrə, pestisid təchizatı, qablaşmada lazım olan müəyyən ləvazimatlar - bunlar hamısı təbii ki, xərclər yaradır. Ona görə subsidiyaların daha da artırılmasını istəyirik”.
Qaraşov subsidiyaların təqribən nə qədər artırılmasını istədiklərini də qeyd edib:
“Mən sizə açıq deyim, bir hektar əgər normal qaydada biz bağın birinci 3 ilinə qədər olan xərclərinə nəzər salsaq, bu, məsələn, 800 manat olan subsidiya 1000-1200 manat civarında ola bilər. İntensiv bağçılığı nəzərdə tuturam. Özü də bu bağın 3 illiyə qədər olan dövrüdür. Üçüncü ilindən sonra təbii ki, ağaclar bir az böyüyəndən sonra orada xərclər daha da artır və bu rəqəm təqribən 3 min manatın üzərinə çıxır. Amma biz Avropa bazarlarına ixracımızı düşünsək, yəni bağı həsmin tələblərə uyğunlaşdırsaq onda bizim 1 hektar üçün xərclərimiz ümumiyyətlə 5 min manatın üzərinə qalxa bilər”.
© FED
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















