AZAL yeni “Azal Club” loyallıq proqramını təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı - AZAL yeni “Azal Club” loyallıq proqramının tətbiqi barədə elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, “Azal Club” - pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.
Tərəfdaşlar şəbəkəsinə həmçinin məşhur restoranlar, mehmanxanalar, geyim, aksessuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri, “Booking.com”, “Rentalcars.com” və s. kimi müxtəlif onlayn saytlardan təkliflər daxildir. Perspektivdə “Azal Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya “Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar cəlb ediləcək.
Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcılarının – AZAL və Buta Airways aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.
Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin vergi, yığım tətbiq olunmayacaq və bilet alışı zamanı yerlərlə məhdudlaşmayacaq. Həmçinin, “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL-Miles iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.
Proqramın tərəfdaş şəbəkəsinə qoşulmaq arzusunda olanları dəvət edirik. “Azal Club” tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL-Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir. Tərəfdaş şəbəkəsinə qoşulmaq üçün [email protected] elektron poçtuna ərizə göndərmək lazımdır.
“Azal Club” mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində qeydiyyatdan keçmək mümkündür. Yükləmək üçün keçidlər:
Android: https://play.google.com/store/apps/details?id=az.azalclub
Apple iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221
Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.
“Azal Club” proqramı haqqında daha ətraflı məlumat almaq üçün *2002 telefon nömrəsi, [email protected] elektron poçtu və ya www.azalclub.az rəsmi saytı vasitəsilə müraciət edin.
“Azal Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çarxını izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























