Məhsul qiymətlərində aylıq dəyişikliklər açıqlanıb!
Veysəloğlu Şirkətlər Qrupu ən yüksək alıcı tələbatı olan məhsulların 2021-ci il dekabr ayı üzrə qiymət indeksini açıqlayıb.
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərib.
“Veysəloğlu Pərakəndə İndeksi” 2021-ci ilin dekabr ayı üzrə 106,3% təşkil edib. Bu o deməkdir ki, müştərilərin ən çox aldığı məhsulların qiymətində orta hesabla 6,3% artım müşahidə edilib. İndeksə əsasən, tez köhnələn qida məhsullarının qiymətində orta hesabla 4% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 8,5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6,9% artım izlənilib.
“Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan paylanmaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün dəbdə olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə əlverişli yoldur.
“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:
Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%
Məsələn, təsəvvür edək ki, bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:
Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%
Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:
(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%
“Veysəloğlu Pərakəndə İndeksi” hər ayın 6-cı iş günü ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
25 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 41 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























