Vəzifəli şəxs barəsində olan cinayət işinin istintaqı başa çatdırılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəzifəli şəxsinin dövlət büdcəsi vəsaitlərinin təyinatından kənar istifadəsi ilə bağlı həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılmışdır.
Aparılmış istintaqla Rövşən Xəlilovun ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləyərkən tanışı Gülgün Nəsirova ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 min 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talamasına, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi baxılması üçün aidiyyətı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
İstintaq zamanı Rövşən Xəlilov tərəfindən vurulmuş ziyanın tam həcmdə ödənilməsi təmin edilmişdir.
Həmçinin oxu
Dekabrda qlobal ərzaq qiymətləri düşübMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
11 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
13 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
14 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















