Bakı metrosu ötən il 2,5 dəfə az sərnişin daşıyıb
Pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236 milyon 681 min 650 sərnişin daşımış Bakı metrosu, 2021-ci ildə 90 milyon 232 min 427 nəfər sərnişin daşıyıb.Pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.
Marja xəbər verir ki, bu barədə Bakı metropoliteninin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, pandemiyanın başlandığı 2020-ci ildə də metronun işinə zamanla bir sıra məhdudiyyətlər tətbiq edilib. 2020-ci il martın 29-31-də 3 gün ərzində qatarlar səhər 2 (07:00-09:00) və axşam 3 (17:00-20:00) saatlıq iş reşimi ilə, yəni qrafik üzrə nəzərdə tutulan 54 saatın əvəzinə 15 saat işləyib. Həmin il 3 dəfə sərnişindaşıma fəaliyyəti tam məhdudlaşdırılıb. Birinci dəfə aprelin 1-dən mayın 9-na kimi, ikinci dəfə iyulun 4-dən sentyabrın 14-dək sərnişin daşımayan Bakı metropoliteni həmin il sonuncu dəfə oktyabrın 16-da tam iş günü rejimində fəaliyyət göstərib. Sərnişindaşıma həyata keçirilən dövrlərdə isə iyun ayından başlayaraq, həftəsonları stansiyaların qapıları bağlı qalıb.
Beləliklə, 2020-ci ildə 198, 2021-ci ildə isə mayın 31-dək 150, daha sonra həftəsonları da nəzərə alınmaqla cəmi 179 gün sərnişin daşınmayıb. Ümumən, pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.
2021-ci ilin yekunlarına gəldikdə, bu müddətdə daşınan sərnişinlərin sayı, 2022-ci il yanvarın 1-i səhər saat 06:00-a qədər olan məlumata əsasən, 90 milyon 232 min 427 (bunun 87 milyon 181 min 452 nəfəri ödənişli olmaqla) təşkil edib. Metropoliten sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 min 121 (468 min 717 ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.
Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236 milyon 681 min 650 (o cümlədən 229 milyon 724 min 538 ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648 min 443 (o cümlədən 629 min 382 ödənişli) sərnişin deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























