Aərbaycanın şüşə istehsalçısı Çexiya şirkəti ilə əməkdaşlıq edəcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) törəmə şirkəti “ASK Şüşə” MMC vasitəsilə Çexiyanın “Sklostroy” şirkəti ilə əməkdaşlıq edəcək.
Bu barədə ASK-dan bildirilib.
Məlumata görə, əməkdaşlığın məqsədi müəssisənin istehsal gücünün və məhsulların keyfiyyətinin artırılmasıdır. Bunun üçün avadanlıqlar yeniləri ilə əvəzlənir, modernizasiya işləri aparılır. Çexiya şirkəti ilə qurulacaq əməkdaşlıq nəticəsində müasir avadanlıqların tətbiqi ilə yeni istehsal xəttinin işə salınması nəzərdə tutulub. Bundan əlavə, müəssisənin fəaliyyətinin təşkil edilməsi üçün bir sıra xarici xammal və ində bir sıra xarici təchizatçılarla ( xammal və digər məhsulların təhcizi) aparılan danışıqlar, qurulan əməkdaşlıqlar müəssisənin strateji inkişafına nail olunması məqsədilə görülən tədbirlər sırasındadır.
“ASK Şüşə” ölkəmizdə qida sənayesində şüşə qablaşdırma üzrə fəaliyyət göstərir və istehsal gücünə görə yeganə böyük müəssisədir.
Strateji əhəmiyyətə malik olan bu istehsal müəssisəsinin fəaliyyətinin səmərəli təşkili Korporasiyanın qarşıya qoyduğu mühüm hədəflərdən biridir. Bu istiqamətdə görülən işlər sırasında fəaliyyət sahəsində şüşə taralardan istifadə edən istər milli, istərsə də xarici şirkətlər ilə əməkdaşlıqları inkişaf etdirmək və nəticədə müştəri portfoliosunun artırılması və satış coğrafiyasının genişləndirilməsinə nail olmaqdır.
Qarşıya qoyulan hədəflərə müvəffəq olmaq üçün əsas prioritetlərdən biri bu sahədə çalışan milli kadr ehtiyatlarının hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Qeyd etmək lazımdır ki, müəssisənin istehsal gücünü artırmaq, standartlara uyğun keyfiyyətli məhsul istehsal etmək və eləcə də bu sahədə yerli peşəkar kadr potensialı hazırlamaq üçün regionda Türkiyənin aparıcı məsləhətçi şirkətlərindən olan “YNG Danışmanlık LTD” ilə bu və digər istiqamətdə qurulan əməkdaşlıq nəticəsində birgə layihələr həyata keçirilməkdədir.
Yerli bazarda əsasən də qida sektorunda olan istehsalçıların keyfiyyətli şüşə qablaşdırma məhsulları ilə təminatı və eləcə də istehlakçılar tərəfindən bu məhsulların asan və əlçatan yollar ilə əldə edilməsi mühüm məsələdir. Ölkəmizdə bu məhsullara olan tələbatı yerli şirkət olaraq təmin etmək xarici dövlətlərə valyuta axınının azalması istiqamətində respublikamızın iqtisadiyyatına müsbət töhfələrini verməkdədir. Bütün bunlar Korparasiyanın qarşısına qöyulduğu əsas vəzifələrdən biridir", - deyə Korporasiya bəyan edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
51 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
1 saat əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)






.jpg)








