“AccessBank”ın kredit portfelinin strukturu məlum olub
“AccessBank”ın kredit portfelinin strukturu məlum olub.
“Marja” Bankın 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, “AccessBank”ın 766 milyon 308 min manatlıq cəmi kredit portfelinin 93%-i mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərdən ibarətdir.
Belə ki, 31 Dekabr 2016-cı il tarixinə olan məlumata görə, kiçik və orta biznesə verilmiş kreditlərin məbləği 503 milyon 657 min manat, mikro biznesə verilmiş kreditlər isə 210 milyon 712 min manat təşkil edib. Pərakəndə kreditlər 17 milyon 267 min manat, ipoteka kreditləri 23 milyon 435 min manat, bankın işçilərinə verilmiş kreditlər isə 11 milyon 237 min manat təşkil edib.
Mikro, kiçik və orta biznes böhran dövrlərində daha çevik hərəkət edə bilmələri ilə fərqlənirlər. Kreditlərin böhranın öhdəsindən daha tez gəlməyi bacaran yüz minlərlə bizneslərə verilməsi “AccessBank”ın risklərini azaldır. Bankın neft sektoru ilə birbaşa bağlılığı yoxdur.
MİKRO KREDİT PORTFELİ DAHA ÇOX AZALIB
Kreditlərə tələb azaldığından və şərtlər ağırlaşdığından digər banklarda olduği kimi “AccessBank”ın da kredit portfeli azalıb. Azlama daha çox ailə təsərrüfatlarına verilən mikro kreditlər üzrə baş verib.
ƏN ÇOX KREDİT GÖTÜRƏN TİCARƏTÇİLƏRDİR
İqtisadiyyatın sahələri üzrə baxdıqda “AccessBank” ən çox krediti ticarət sektoruna verib – 318 milyon 594 min manat. Ticarət sektorunun ardınca 268 milyon 348 min manatla xidmət sektoru, 72 milyon 908 min manatla aqrar sektor, 53 milyon 612 min manatla istehsal, 39 milyon 765 min manatla məişət və 13 milyon 81 min manatla nəqliyyat sektoru gəlir. Kredilərdə ən çox azalma ticarət, aqrar və məişət sahələrində baş verib.
1 İLDƏ 100 MİLYON MANATA YAXIN EHTİYATLANMA
“AccessBank”ın kreditlər üzrə ehtimal olunan zərər üçün yaratdığı ehtiyatın böyüklüyü də diqqəti cəlb edir. Bank ötən il ehtiyatını təxminən 100 milyon manat artıraraq 43 milyon 682 min manatdan 141 milyon 729 min manata qaldırmışdır. Ehtiyatlar Bankın təhlükəsizlik yastığıdır. Əgər, əhalinin əmanətləri və cəlb edilmiş vəsaitlər hesabına verilmiş kreditlərin bir hissəsi batarsa, Bank çətin vəziyyətə düşmür, ehtiyatlar ilə öz borcunu qaytara bilir.
Kreditin strukturu, min manatla
| 2016 | 2015 |
Kiçik və orta biznesə verilən kreditlər | 503,657 | 528,517 |
Mikro kreditlər | 210,712 | 320,161 |
Pərakəndə kreditlər | 17,267 | 44,209 |
İpoteka kreditləri | 23,435 | 29,640 |
Personala verilmiş kreditlər | 11,237 | 15,683 |
Cəmi kreditlər | 766,308 | 938,210 |
Ehtimal olunan zərər üçün ehtiyatlar | (141,729) | (43,682) |
Xalis kredit portfeli | 624,579 | 894,528 |
İqtisdiyyatın sahələri üzrə, min manatla
| 2016 | 2015 |
Ticarət | 318,594 | 380,260 |
Xidmət | 268,348 | 256,897 |
Aqrar | 72,908 | 119,210 |
Məişət | 39,765 | 96,775 |
İstehsal | 53,612 | 67,190 |
Nəqliyyat | 13,081 | 17,878 |
Cəmi | 766,308 | 938,210 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi















.jpg)



.jpg)
