İcbari tibbi sığortaya daxil olan bəzi xidmətlərə limit qoyulacaq
“Xidmətlər Zərfinin daxilində olan bəzi prosedurlara limit nəzərdə tutulur”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.
O bildirib ki, icbari tibbi sığorta sosial layihədir: “Burada hər hansı limit və yaxud da sığorta məbləği nəzərdə tutulmayıb. Amma daxildə elə prosedurlar var ki, onlara limit nəzərdə tutulur. Məsələn, fizioterapiyanı ambulator şəraitdə göstərilən tibbi xidmətlər sırasındadır. Sığorta olunan fizioterapiya xidməti tətbiq ediləcəksə, Xidmətlər Zərfində bu prosedurlara 10 prosedur sayında limit nəzərdə tutulur. Hər vətəndaş üçün il ərzində bu limitlər nəzərdə tutulub”.
S. Quliyeva qeyd edib ki, ölkə üzrə Xidmətlər Zərfində bir sıra həyati dəyəri yüksək əməliyyatlar üçün də limit nəzərdə tutulub. Bunlardan biri koxlear implantasiya əməliyyatlarıdır: “Bunun üçün birinci il üçün ölkə üzrə 300 sayda limit nəzərdə tutulub. Endoprotezlərin yerləşdirilməsi üçün də 300 sayda limit nəzərdə tutulub. Digər xidmətlərə limit nəzərdə tutulmur”.
Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanlar xidmətlər zərfinə daxil deyil
“İcbari tibbi sığortanın tətbiqinin ölkə üzrə aprel ayından tətbiqinə başlanılsa da xidmətlər zərfi çərçivəsində xidmətlərdən necə yararlanacağı bilinmir”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.
O bildirib ki, bunun üçün vətəndaşlar ilk olaraq ailə həkimini seçməlidir: “Özəl tibb müəsisələrinə göndərişlər olmadan xidmətlər zərfi çərçivəsində xidmətlərdən istifadə etmək mümkün deyil”.
S. Quliyeva xidmətlər zərfinə daxil olmayan xidmətlərə də münasibət bildirib: “2550 sayda tibbi xidmət Xidmətlər zərfinə daxildir. Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərdən isə vətəndaşların öz ödənişi hesabına istifadə edə bilər. Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanların qarşılanması hələ ki xidmətlər zərfinə daxil deyil".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)


