AMEA Yüksək Texnologiyalar Parkında tibb məntəqəsi fəaliyyətə başlayıb
AMEA Yüksək Texnologiyalar Parkında koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məsələlərinə böyük önəm verilir.
Parkın yaydığı məlumatda bildirilir ki, bu məqsədlə görülən tədbirlərdən biri də bu yaxınlarda texnoparkda tibb məntəqəsinin fəaliyyətə başlamasıdır.
Məntəqə lazımi hallarda ilkin tibbi yardımın göstərilməsi, sağlamlıqla bağlı yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün bütün imkanlarla təchiz edilib.
Bununla yanaşı, pandemiya dövründə kollektivin sağlamlığının və təhlükəsizliyinin qorunması, tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün məntəqədə zəruri tibbi ləvazimatlar və dezinfeksiya vasitələri yerləşdirilib.
Qeyd edək ki, texnoparkda fəaliyyətə başlamış bu xidmətdən Yüksək Texnologiyalar Parkı ilə yanaşı, onun rezidentlərinin əməkdaşları da yararlana bilər.
Xatırladaq ki, YT Parkda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlərin həyata keçirilməsinə böyük önəm verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



