Dövlət Neft Fondunun büdcəsində 2,2 milyard manat defisit gözlənilir
2020-ci ildə Dövlət Neft Fondunun büdcəsinin 2,2 milyard manat kəsirlə formalaşacağı nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.
Rəydə qeyd edilib ki, Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1,5 milyon barel az nəzərdə tutulması və xam neftin satış qiymətinin 50 ABŞ dolları həcmində müəyyənləşməsi, eyni zamanda hasil olunan qazın satış qiymətinin artması Fondun gəlirlərinin 10 milyard 589,7 milyon manat proqnozlaşmasına baxmayaraq, xərclərinin isə cari ilə nisbətən artımla 12 milyard 789,7 milyon manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı cari ildə olduğu kimi növbəti ildə də Fondun büdcəsinin kəsirlə (-2 milyard 200 milyon manat) formalaşmasının proqnozlaşmasına şərait yaratmışdır.
Fondun büdcə gəlirləri 10 milyard 589,7 miylon manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 1 milyard 228,9 milyon manat və ya 13,1%, 2021-ci ilin proqnozundan isə 2 milyard 588,5 milyon manat və ya 32,4% çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 2 milyard 299,1 milyon manat və ya 17,8% azdır. 2022-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50,0 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür. Bu göstəricilərə 7 uyğun olaraq Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 6 milyard 229,2 milyon ABŞ dolları və yaxud 10 milyard 589 milyon 701,9 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2021-ci ilin gözlənilən icra göstəricisindən 2 milyard 299,1 milyon manat və ya 17,8% azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
11 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 32 d. əvvəl
-
36 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
50 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















